“Neftçi” yeni məşqçini bəyəndi
12 yanvar 2011 10:51 (UTC +04:00)

“Neftçi” yeni məşqçini bəyəndi

Lent..az-ın məlumatına görə, bu haqda flaqmanın vitse-prezidenti Tahir Süleymanov klubun rəsmi saytına açıqlamasında bildirib.
Süleymanovun fikrincə, türkiyəli mütəxəssisin işi baş məşqçi Arif Əsədovu qane edir: “Artıq iki gündür ki, türkiyəli mütəxəssis komandamızın düşərgəsindədir və məşqlərdə də yaxından iştirak edir. Mehmet Akın işi baş məşqçi Arif Əsədovu da qane edir. Fikrimcə, “Neftçi”nin gələcək uğurlarında Mehmet Akın əməyi olacaq. Onunla müzakirələr aparmışıq və yaxın günlərdə müqavilə imzalanacaq".
Klub rəsmisi "Neftçi"nin Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplantısı barədə də danışıb. Onun sözlərinə görə, prezident Sadıq Sadıqovun tapşırığı ilə flaqmanın Antalyada yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb: "Toplanış iki mərhələdən ibarət olacaq. İlk mərhələdə əsasən fiziki hazırlıq proseslərinə diqqət yetiriləcək və 1 yoxlama görüşü keçirəcəyik. Yanvarın 19-da Rusiyanın "Rubin" klubu ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq. Yanvarın 24-dən Antalyada davam edəcək ikinci hazırlıq prosesində 4 görüşün keçirilməsini nəzərdə tutmuşuq. Əsas məqsədimiz çempionatın qalan hissəsinə yüksək səviyyədə hazırlaşaraq, bu mövsüm “Neftçi”sevərlərə çempionluq sevinci yaşatmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar

"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30