“Qarabağ” ilk transferini reallaşdırdı – FOTO
Ağdamın “Qarabağ” klubu qış transfer dövründə ilk futbolçu transferini reallaşdırıb. Lent.az-ın məlumatına görə, “Qarabağ” mövsümün sonunadək İlqar Qurbanovla müqavilə bağlayıb. 25 yaşlı yarımmüdafiəçi artıq yeni komandası ilə ilk məşqinə çıxıb.
Qurbanov “Qarabağ”ın rəsmi saytına müsahibəsində karyerasında yeni səhifə açdığını bildirib: “Son iki il ərzində “Qarabağ”ın Avropa Liqasında göstərdiyi nəticələrin əlavə şərhə ehtiyacı yoxdur. Sevinirəm ki, belə bir komandada oynayacağam. Bu, mənim üçün yeni bir çağırışdır. Uşaqların əksəriyyətini yaxşı tanıyıram. Komandada əla rəqabət var. Bu da inkişafımız üçün çox yaxşıdır. “Qarabağ”ın 90 faizi yerli futbolçulardan qurulub. Belə yerdə oynamaq çox yaxşıdır. Sanki futbola yenidən başlayıram. Bu dərəcədə özümü istəkli hiss edirəm. Üstəlik, Qurban Qurbanov kimi məşqçi ilə işləyəcəyəm. Bunun özü də bir stimuldur. İnşallah, keçidim hər iki tərəf üçün xeyirli olar”.
Qeyd edək ki, İlqar Qurbanovun sonuncu klubu Türkiyə çempionatının I Liqasında mübarizə aparan “Mersin İdman Yurdu” olub.

557