“Xəzər Lənkəran”a 4-ü gəldi, 3-ü də gələcək
Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” futbol komandası yanvarın 11-də ilk məşqinə çıxıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səhər məşqi Bakı vaxtı ilə saat 11:30-da “Qloriya” otelinin meydançasında baş tutub.
1 saatlıq məşqdə 17 futbolçu iştirak edib. Onların arasında kollektivə yenicə qoşulan 4 yeni futbolçu - Adrian Skarlatake (“Dinamo” Buxarest, Rumıniya), Andrey Mureşan (“Qloriya”, Rumıniya), Vlad Bujor (“Mersin Idman Yurdu”, Türkiyə) və Nikolau Musat (“Unirya”, Rumıniya) da var. “Xəzər Lənkəran günün ikinci yarısında daha bir məşqə çıxacaq. Heyətdə yalnız Alim Qurbanovun yüngül zədəsi var. Legionerlərdən isə Uinston Parks hələlik vətəni Kosta-Rikadan dönməyib, Dieqo Qusmao isə İstanbul klinikalarından birində bərpa kursu keçir.
Yanvarın 12-də komandaya daha üç futbolçunun qoşulacağı gözlənilir. Bunlardan ikisi cinah yarımmüdafiəçisi, biri də hücumçudur.

596