
Vaqif Sadıqov “Anji”nin böyük məşqçisi oldu
Bu haqda Lent.az-a Sadıqovun özü məlumat verib. 52 yaşlı mütəxəssis yeni klubuna yanvarın 21-də Türkiyənin Antalya şəhərində qoşulacağını bildirib. Onun sözlərinə görə, həmin gün “Anji”nin Antalyada təlim-məşq toplantısı başlayacaq: “Baş məşqçisi Hacı Hacıyev mənimlə əlaqə saxlayaraq dedi ki, artıq klub prezidenti Maqomedsultan Maqomedovla görüşərək, böyük məşqçi vəzifəsinə təyinatıma razılıq alıb. Bu vəzifə baş məşqçinin əsas köməkçisi anlamını verir. Müqavilə müddəti və şərtləri, eləcə də konkret funksiyalarım Antalyada “Anji”nin düşərgəsinə qatılandan sonra müəyyənləşəcək. Artıq klubdan mənim üçün yanvarın 21-də Bakıdan Antalyaya bilet sifariş olunub”.
Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov “Anji”də çıxış edir.
Elşən MƏMMƏDOV
Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov “Anji”də çıxış edir.
Elşən MƏMMƏDOV
Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06