“Neftçi”yə Türkiyədə böyük maraq var”
Lent.az-ın məlumatına görə, gənc mütəxəssis klubun rəsmi saytına açıqlamasında qış fasiləsindən ən yaxşı şəkildə yararlanmaq niyyətində olduqlarını bildirib.
Komandadakı zədəlilərin vəziyyətinə toxunan Əsədov Flavinyonun hələ yalnız yüngül qaçışla kifayətləndiyini söyləyib: “Həkimlərimizin müayinəsindən sonra braziliyalı futbolçunun nə vaxt topla çalışmalara keçə biləcəyini müəyyən edəcəyik. Təlim-məşq toplanışına əvəzedici heyətin iki üzvünü - Əyyub Əliyev və Elton Yaqublunu cəlb etmişik. Paulius Qribauskas isə əməliyyatdan sonra müəlicəsini vətənində davam etdirir. Ümid edirəm ki, o, Antalyada keçirəcəyimiz hazırlığın ikinci mərhələsinə qatıla biləcək. Hazırda bütün gücümüzü koordinasiya və fiziki hazırlığın yüksəldilməsinə yönəltmişik”.
Baş məşqçi bildirib ki, Antalyada Unibank Premyer Liqasının növbəti oyunlarına ən yaxşı formada hazırlaşıb, liderliklərini davam etdirmək istəyirlər. O, “Neftçi”nin qış fasiləsinə birinci pillədə çıxmasında klub prezidentindən tutmuş sıravi işçiyə qədər hər kəsin əməyinin olduğunu vurğulayıb. Əsədov göstərilən etimadı doğrultmaq üçün məşqçilər korpusunun əlindən gələni edəcəyini açıqlayıb. 41 yaşlı mütəxəssis, həmçinin flaqmana Türkiyədə böyük marağın olduğunu və bir çox komandanın hazırlıq oyunu keçirmək üçün “Neftçi”yə müraciət etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, “Neftçi”nin Antalyada ilk təlim-məşq toplantısı yanvarın 20-dək davam edəcək.

612