Ronaldinyo Braziliyaya qayıtdı
11 yanvar 2011 12:26 (UTC +04:00)

Ronaldinyo Braziliyaya qayıtdı

İtaliyanın “Milan” klubunun futbolçusu Ronaldinyo Braziliyanın “Flamenqo” komandasına keçib. Lent.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Rio-de-Janeyro komandası ilə 2014-cü ilin yayınadək müqavilə bağlayıb.

Ronaldinyo yeni klubunda ildə ən azı 5,5 milyon avro qazanacaq. O, karyerasına 1998-ci ildə “Qremio”da başlayıb. 2011-ci ildə Fransanın PSJ komandasına keçən yarımmüdafiəçi ardından “Barselona”ya yollanıb. “Sambaçı” “Barsa”da ikən 2006-cı ildə Çempionlar Liqasının qalibi olub, 2004-cü və 2005-ci illərdə isə dünyanın ən yaxşı futbolçusu sayılıb.

Ronaldinyonun “Milan”dakı karyerası isə o qədər də uğurlu alınmayıb. Xüsusən, son zamanlar o, əsas heyətdəki yerini itirib. 2010-2011-ci il mövsümündə hücumameylli yarımmüdafiəçi 11 oyunda meydançaya çıxsa da, qol vura bilməyib. Ronaldinyonun vətəninə qayıtmaqda məqsədi 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında yığmada çıxış etməkdən ibarətdir.

Qeyd edək ki, bir neçə gün öncə Ronaldinyonun “Qremio” ilə anlaşdığı bildirilirdi. Onunla “Palmeyras” da danışıqlar aparırdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1268

Oxşar yazılar