Tunc Afşar: “Şeferlə müqaviləni mən imzalamamışam” – MÜSAHİBƏ
“Bakı” futbol klubunun sabiq vitse-prezidenti Tunc Afşarın Lent.az-a müsahibəsi
- Hazırda “Bakı” ilə hər hansı əlaqəniz var?
- Xeyr. Avropa Liqasının I təsnifat mərhələsində Joel Epalle ilə bağlı məlum olaydan sonra tutduğum vəzifədən istefa vermişəm.
- Necə oldu ki, baş məşqçi postuna məhz Vinfrid Şefer təyin olundu?
- Bu, “Bakı” rəhbərliyinin qərarıdır. Bir neçə variant var idi. Sonda Şeferin təyinatı daha məqsədəuyğun sayıldı.
- Bəs Şeferlə danışıqları kim apardı?
- Danışıqları mən aparmışam. Almanca bildiyim üçün bu səlahiyyət mənə verilmişdi.
- Onunla müqaviləni kim imzalayıb?
- Mən qol çəkməmişəm. “Bakı” klubunda bütün sənədlərə imza atmağa iki nəfərin səlahiyyəti çatır. Bunlardan biri klub prezidenti Hafiz Məmmədov, digəri isə vitse-prezident Yaşar Seyidovdur.
- Müqavilə şərtlərindən xəbəriniz yoxdur?
- Xeyr.
- “Bakı”nın yeni baş məşqçisinin Aleksandr Starkov olacağı gözlənilir. Buna münasibətiniz necədir?
- İnşallah, xeyirlisi olar. Komandada hər bir qan dəyişikliyi faydalı olması üçün baş verir.
- Şeferin vaxtından əvvəl istefaya göndərilməsinə necə yanaşırsınız?
- Mən hər bir baş məşqçiyə minimum bir il vaxt verməyin tərəfdarıyam. Çünki həmin mütəxəssisin işinin nəticəsini əyani şəkildə məhz bu müddət ərzində görmək mümkündür.
Elşən MƏMMƏDOV

683