ŞOK! Starkov getdi, “Bakı” Şeferə qaldı
10 yanvar 2011 16:50 (UTC +04:00)

ŞOK! Starkov getdi, “Bakı” Şeferə qaldı

Bu haqda Lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, komandada baş məşqçi dəyişikliyi alınmayıb. Buna almaniyalı mütəxəssis Vinfrid Şeferin müqaviləsinin hələ davam etdiyini əsas gətirərək, “Bakı”nın sükanı arxasından ayrılmaq istəməməsi səbəb olub.

Məmmədov yanvarın 15-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplantısında komandaya Şeferin rəhbərlik edəcəyini açıqlayıb: “Biz nə Şeferlə qurtara bilmişik, nə də Starkovu baş məşqçi təyin etmişik. Gərək biri ilə yollarımızı ayıraq ki, o biri ilə anlaşaq. Əks halda, FİFA və UEFA-nın sanksiyaları ilə üzləşə bilərik. Ona görə də komandamızın yanvarın 15-dən Antalyada start götürəcək hazırlıq prosesinə Şefer rəhbərlik edəcək”.

Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin yayında “Bakı” ilə 2 illik müqavilə bağlayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar