Azərbaycan yığmasının baş məşqçisi “Baku Fires”dən getdi
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 15 gün davam edəcək hazırlıq prosesi fevralın 8-də Macarıstanda start götürəcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.
Bu, həm də yığmamızın yeni baş məşqçisi Yevgeni Kotovun boksçularla ilk toplanışı olacaq. Balakənə son Azərbaycan çempionatında 1-2-ci yeri tutanlar və WSB Liqasında “Baku Fires” klubunun heyətində yer alan 8 yerli boksçu aparılıb.
Qeyd edək ki, Yevgeni Kotov bundan sonra yalnız milli komandaya rəhbərlik edəcək. “Baku Fires” klubuna isə yeni baş məşqçinin təyin olunacağı gözlənilir. Bu səbəbdən Kotov yanvarın 15-də Çinin “Bejing Drgons” klubu ilə səfər görüşünə yollanmayacaq.

654