“Neftçi” “Titanik”ə snaypersiz yollandı
10 yanvar 2011 11:03 (UTC +04:00)

“Neftçi” “Titanik”ə snaypersiz yollandı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-dək davam edəcək hazırlıq prosesinə özbəkistanlı legioner Bahodir Nasimov qatılmayacaq.

Bu, 23 yaşlı hücumçunun zədəli olması ilə əlaqədardır. Unibank Premyer Liqasında ilk yarının bombardiri keçmiş klubu Rusiya “Rubin”i ilə yanvarın 19-da nəzərdə tutulan yoxlama matçında iştirak etməyəcək. Nasimov yanvarın 24-dən fevralın 4-dək Antalyada təşkil olunacaq ikinci toplanışa yollanacaq.

İlk hazırlıq prosesinə flaqmanın digər üzvləri ilə yanaşı, bir müddət öncə transferə çıxarılmış Ruslan Əmircanov da yollanacaq. Makedoniyalı legionerlər İqor Mitreski ilə Slavço Georgiyevski isə Avropada pis hava şəraiti üzündən avtomobil vasitəsilə Bolqarıstana, oradan Sofiya-İstanbul-Antalya təyyarə reysi ilə Türkiyədə komandanın düşərgəsinə qoşulacaqlar. Qalan əcnəbilər isə Antalyaya Bakıdan uçublar.

Qeyd edək ki, “Neftçi” ilk təlim-məşq toplantısı müddətində “Titanik”, ikinci toplanış zamanı isə “Mardan” otelində qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar