Flavinyo “Neftçi”yə qayıtdı
Lent.az-ın məlumatına görə, yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında ayağındakı zədəsinin sağalmaq üzrə olduğunu bildirib.
“Bir müddət əvvəl həkimlər zədəli ayağımdan gipsi açıblar. Artıq bərpa kursunu keçirəm. İnanıram ki, tezliklə sıraya dönəcəm” deyən Flavinyo əvvəlcə yüngül qaçışla kifayətlənəcək. Sonra isə həkimlərin rəyinə əsasən o, komandasının məşqlərinə qatılacaq. Flavinyo “Neftçi”nin Unibank Premyer Liqasındakı liderliyini sonadək qoruması üçün əlindən gələni edəcəyini vurğulayıb.
Qeyd edək ki, Flavinyo çempionatın XIII turunda “Muğan”la görüş zamanı rəqib futbolçu ilə toqquşma nəticəsində ayağını qırıb. Həkimlər onun fevralda sağalacağını bildiriblər.

696