Vaqif Sadıqov “Anji”dən təklif aldığını etiraf etdi – EKSKLÜZİV
Bunu Sadıqovun özü ilk dəfə Lent.az-a etiraf edib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, təklifi ona “Anji”nin hazırkı baş məşqçisi və yaxın münasibətdə olduğu Hacı Hacıyev ünvanlayıb. Hacıyev bu yaxınlarda köməkçi-məşqçi vəzifəsindən ayrılan Andrey Qusinin əvəzinə onu “Anji”yə gətirmək istəyir. Lakin Sadıqov hələ konkret qərar verməyib: “İlk növbədə, təklif hələ rəsmi səviyyədə gəlməyib. Yəni, Hacıyev “Anji”nin prezidenti səviyyəsində razılıq aldıqdan sonra mənimlə danışıqlara başlanılsa, buna rəsmi təklif demək olar. Digər tərəfdən, hazırda ailə problemləri ilə məşğulam”.
Hacı Hacıyev yanvarın 8-də Bakıda olub. Vaqif Sadıqovun sözlərinə görə, dağıstanlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bir həftəlik istirahətini başa vurduqdan sonra yolüstü Azərbaycan paytaxtına baş çəkib. O, Sadıqovla birgə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdükdən sonra Mahaçqalaya yollanıb.
Lakin həmyerlimiz bildirib ki, Hacıyevlə Bakıda olduğu vaxt təklif barədə söhbəti olmayıb: “Bunu etik cəhətdən doğru saymadım. Çünki Hacı Müslümoviç Bakıya bundan ötrü gəlməyib. O, sadəcə, mənimlə yaxın münasibətdə olduğu üçün görüşdük. AFFA-ya da birgə getdik. Bundan sonra Hacıyevi Mahaçqalaya yola saldım”.
Qeyd edək ki, Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov “Anji”də çıxış edir.
Elşən MƏMMƏDOV

625