Mahir Şükürov qərar verdi
08 yanvar 2011 11:16 (UTC +04:00)

Mahir Şükürov qərar verdi

Bu haqda 28 yaşlı müdafiəçi Lent.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Nijni-Novqorodun “Volqa” və Nalçikin “Spartak” komandaları da onunla maraqlanıblar. Lakin həmin klublar təkliflərini “Anji” rəhbərliyinə yox, birbaşa futbolçunun özünə ünvanlayıblar. Şükürov isə Mahaçqala komandası ilə hələ 2 illik müqaviləsinin olduğunu xatırladıb.

Təcrübəli futbolçu “Anji”də hazırkı durumundan razı qaldığını da söyləyib: “Yeganə problemim məşqçi Andrey Qusinlə idi. O da artıq komandada yoxdur. Baş məşqçi Hacı Hacıyev, klub rəhbərliyi, yerli azarkeşlər mənim “Anji”də qalmağımı istəyirlər. Maddi baxımdan problem yoxdur. Üstəlik, komanda ilə daha 2 illik müqaviləm var. Bu halda nəyə görə başqa komandaya keçməliyəm?”

Qeyd edək ki, Mahir Şükürov yanvarın 8-də Mahaçqalaya yollanaraq “Anji”nin düşərgəsinə qatılıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215

Oxşar yazılar