Nadal gözlənilmədən uduzdu
08 yanvar 2011 11:05 (UTC +04:00)

Nadal gözlənilmədən uduzdu

İspan tennisçi Rafael Nadal Qətərin Doha şəhərində keçirilən tennis turnirinin yarımfinalında gözlənilmədən rusiyalı Nikolay Davıdenkoya uduzub. Lent.az-ın Peşəkar Tenisçilər Assosiasiyasının saytına istinadən verdiyi məlumata görə, Nikolay Davıdenko kişi tennisçilərin reytinq cədvəlində birinci yerdə olan Rafael Nadalı birinci hissədə 6:3, ikinci hissədə 6:2 hesabı ilə məğlub edib.

Dünyanın ən güclü tennisçisini məğlub edən Nikolay Davıdenko finalda tenisçilərin reytinq cədvəlində ikinci yerin sahibi olan Rocer Federerlə qarşılaşacaq. Rocer Federer yarımfinalda Fransa təmsilçisi Co-Vilfrid Tsonqu məğlub edib.

1993-cü ildən başlayaraq Qətərdə keçirilən ExxonMobil Open turnirinin mükafat fondu 1 milyon dollardan çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar