Araz Abdullayev rəsmən “Everton”da!
07 yanvar 2011 18:26 (UTC +04:00)

Araz Abdullayev rəsmən “Everton”da!

Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Sadıqov klubun yetirməsi olan Araz Abdullayevin “Everton”a keçidini futbolumuz üçün əlamətdar hadisə adlandırıb.

“Təbii ki, Azərbaycan və İngiltərə futbolu arasında böyük fərq var. Lakin tezliklə futbolumuzun inkişaf səviyyəsinin İngiltərədəki kimi yüksək olacağına ümidvarıq. Çünki ölkə rəhbərliyi tərəfindən idmanın bütün növlərinə, o cümlədən futbola diqqət və qayğı göstərilir. Futbolun inkişafına dair Dövlət Proqramının müddəaları AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə uğurla həyata keçirilir” - deyə, “Neftçi”nin prezidenti bildirib.

Klub rəhbərinin sözlərinə görə, çoxları Abdullayevin İngiltərə Premyer Liqasında mübarizə aparan belə bir güclü kluba transfer olunacağına inanmırdılar. O, 19 yaşlı yarımmüdafiəçinin “Everton”a keçidinin baş tutmasını sevindirici hal adlandırıb: “İnanıram ki, Araz öz oyunu ilə İngiltərədə həm Azərbaycan futbolunu, həm də “Neftçi”ni layiqincə təmsil edəcək. Araz futbolun vətəninə gedir, indi hər şey onun özündən asılıdır. O, yaxın 2 il ərzində Avropada ulduz futbolçuya çevrilə bilər”.

Daha sonra çıxış edən David Harrison Araz Abdullayevin “Everton”da xüsusi proqram əsasında hazırlaşacağını və gələcəkdə kluba böyük xeyir verəcəyinə inandığını bildirib.

Sadıq Sadıqov gənc yarımmüdafiəçiyə uğurlar arzulayıb, ona daima kömək olacaqlarını vurğulayıb.

Öz növbəsində Araz Abdullayev da fikirlərini söyləyib. O deyib ki, “Neftçi”nin prezidentinin xeyir-duası, məsləhətləri ona əlavə güc verir və ümidləri doğrultmaq əzmindədir. Ardından tərəflər rəsmi müqaviləyə imza atıblar.

Görüşün sonunda David Harrison üzərində “Everton” futbolçularının imzası olan xüsusi futbolkanı “Neftçi”nin prezidenti Sadıq Sadıqova təqdim edib. Azərbaycanın ən köklü klubunun rəhbəri də qonaqlara xatirə hədiyyələri bağışlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1538

Oxşar yazılar

Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20
"Kəpəz"in yeni baş məşqçisi  AÇIQLANDI

"Kəpəz"in yeni baş məşqçisi AÇIQLANDI

1 sentyabr 2024 , 13:42
Ölkə çempionatında 15 ay sonra ilk dəfə  məğlub oldu

Ölkə çempionatında 15 ay sonra ilk dəfə məğlub oldu

1 sentyabr 2024 , 10:11
Haaland Premyer Liqada 21-ci əsrin rekordunu  qırdı

Haaland Premyer Liqada 21-ci əsrin rekordunu qırdı

1 sentyabr 2024 , 08:48
La Liqa klubundan 20 milyonluq  transfer

La Liqa klubundan 20 milyonluq transfer

1 sentyabr 2024 , 07:30
"Trabzonspor" Abdullah Avcını İSTEFAYA GÖNDƏRDİ

"Trabzonspor" Abdullah Avcını İSTEFAYA GÖNDƏRDİ

31 avqust 2024 , 21:35