Azərbaycan yığmasının futbolçusu “Xəzər Lənkəran”da!
07 yanvar 2011 16:45 (UTC +04:00)

Azərbaycan yığmasının futbolçusu “Xəzər Lənkəran”da!

Klubun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a verdiyi məlumata görə, “Turan”ın müdafiəçisi Şəhriyar Xəlilovla 2 illik müqavilə imzalanıb.

Beləliklə, Lənkəran komandasının qış transfer dövründə ictimaiyyətə açıqladığı transferlərin sayı 3-ə çatıb. Bundan öncə “Muğan”ın pleymekeri Elnur Abdullayevlə MOİK-in cinah yarımmüdafiəçisi Anar Qasımov da “ağ-yaşıllar”ın heyətinə cəlb edilib. Nadirov Rumıniya mətbuatında adları hallanan futbolçularla anlaşdıqları haqda xəbərləri təkzib edib. Onun sözlərinə görə, hələlik heç bir legionerlə müqavilə bağlanılmayıb.

Qeyd edək ki, 21 avqust 1991-ci ildə Samux rayonunda doğulan Şəhriyar Xəlilov “Turan”a “Qarabağ”dan transfer olub. O, 2007 – 2010-cu illərdə məhz Ağdam komandasının şərəfini qoruyub. 17, 19 yaşlılardan ibarət yığmalarımızda da çıxış etmiş Xəlilov hazırda 21 yaşlılardan ibarət millimizin üzvüdür. Məhz bu mövsüm 1/8 finalda gənc müdafiəçinin penaltilər seriyasında vurduğu qol sayəsində “Turan” “Qarabağ”ı Azərbaycan Kubokunda mübarizədən kənarlaşdırıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar