“Neftçi” futbolçusu “Everton” klubuna keçib
Lent.az-ın verdiyi məlumata görə, bu barədə bu gün keçirilən mətbuat konfransında “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Tahir Süleymanov deyib ki, Araz Abdullayev fevralın 15-ə qədər xüsusi proqram üzrə hazırlaşacaq, fevralın ikinci yarısında isə “Everton” klubunun düşərgəsinə yollanacaq. O, müqavilənin müddətini açıqlamayıb. Bununla belə, Tahir Süleymanov anlaşmanın uzunmüddətli olduğunu bildirib.
“Neftçi” klubunun vitse-prezidenti qeyd edib ki, “Everton” klubu ilə qarşılıqlı razılaşma yolu ilə Araz Abdullayev “Neftçi”nin heyətində məşq edə və icarə əsasında oyunlarda iştirak edə biləcək: “Biz belə razılığa gəldik ki, “Everton” Araz Abdullayevi icarəyə versə, yalnız “Neftçi”yə versin. Hazırda bizdə Flavinyo zədəli olduğundan onun mövqeyində Araz Abdullayevi oynatmaq istəyirik. Araz Abdullayev bizə fevralda keçiriləcək Unibank Premyer Liqası matçlarında kömək edə biləcək”.
Tahir Süleymanov onu da qeyd edib ki, gələcəkdə “Everton”un düşərgəsinə ən azı 2-3 futbolçu da göndəriləcək.
Elşən

Oxşar yazılar

"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28
İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 , 13:02
PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 , 09:39
“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 , 17:07
"Qarabağ"ın növbəti mərhələdəki potensial RƏQİBLƏRİ məlum oldu
21 iyul 2025 , 14:29