“Rabitə” uduzsa da, növbəti mərhələyə çıxdı
Lent.az-ın məlumatına görə, komandamız İtaliyada “Skavolini” ilə qarşılaşıb.
Görüş “Skavolini”nin qələbəsi ilə yekunlaşıb – 3:2 (20:25, 25:21, 25:19, 23:25, 15:6). E qrupunun digər oyununda “Dinamo Romprest” (Rumıniya) “Aluprof” (Polşa) komandasına uduzub – 1:3 (16:25, 21:25, 27:25, 19:25). Məğlubiyyətə baxmayaraq, “Rabitə” qrup liderliyini qoruyub və “pley-off” mərhələsinə vəsiqə qazanıb. 5 turdan sonra 11 xalla 1-ci pillədə olan “Rabitə”ni 10 xala malik “Skavolini” və 8 xal toplayan “Aluprof” izləyir. “Dinamo Romprest” 1 xalla qrup sonuncusudur.
Görüşdən sonra “Skavolini”nin baş məşqçisi Paolo Tofoli deyib: “Bu, çox çətin matç idi. Oyuna yaxşı başlamadıq. Amma çox xoşbəxtəm ki, voleybolçularımız ikinci setdə dönüş yaradaraq, qalib gəlmək istədiklərini göstərdilər. Baxmayaraq ki, bu qələbə bizə birinci pilləni vermədi”.
“Rabitə”nin baş məşqçisi Deyan Brdjoviç isə qrupda birinci yeri qoruduqları üçün nəticədən razı qaldığını bildirib. O, “Skavolini”yə uğurlar arzulayıb. Rəqib həmkarı Paolo Tofoli ilə dost olduğunu deyən serbiyalı mütəxəssis İtaliya təmsilçisini böyük komanda adlandırıb.

Oxşar yazılar

"Barselona" Avropada ən çox qol vuran komandadır
22 iyul 2025 , 19:46
"Liverpul"un əfsanəvi futbolçusu vəfat etdi
22 iyul 2025 , 14:28
İtaliyanın qol kralının bu komandaya transferi hamını TƏƏCCÜBLƏNDİRDİ
22 iyul 2025 , 13:02
PSJ 28 milyonluq futbolçunu 70 milyona alır
22 iyul 2025 , 09:39
“Mançester Yunayted”in müdafiəçisi arvadını ezoterik maraqlarına görə tərk etdi
21 iyul 2025 , 18:11
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri
21 iyul 2025 , 17:07
"Qarabağ"ın növbəti mərhələdəki potensial RƏQİBLƏRİ məlum oldu
21 iyul 2025 , 14:29