“Bakı”nın baş məşqçisinə “Makkabi”dən təklif gəldi
Lent.az-ın www.haaretz.com saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis Təl-Əvivin “Makkabi” komandasına rəhbərlik edə bilər.
Bu yaxınlarda “Makkabi” rəhbərliyi baş məşqçi Yossi Mizrahi ilə yollarını ayırıb. Bu posta əsas namizədlər sırasında 2002-ci ildə Kamerun yığmasına Afrika Millətlər Kubokunu qazandırmış Vinfrid Şefer birinci göstərilir. Şeferdən əlavə, Portuqaliya millisinin sabiq baş məşqçisi Artur Jorje və İsrailin 21 yaşlılardan ibarət yığmasına rəhbərlik edən, 2009-cu ildə “Bney Yehuda”nın baş məşqçisi kimi Zaqatalanın “Simurq” komandası ilə görüşə gəlmiş Qay Luzonun da adları çəkilir. Təl-Əviv klubu rəhbərliyi yeni baş məşqçiyə bir mövsüm üçün 500 min avro ödəməyə hazırdır.
Qeyd edək ki, 18 dəfə İsrail çempionu olmuş Təl-Əviv “Makkabi”si ötən mövsümü 3-cü pillədə başa vurub.

649