“Bakı”nın yeni baş məşqçisi yanvarın 8-də gəlir
06 yanvar 2011 18:22 (UTC +04:00)

“Bakı”nın yeni baş məşqçisi yanvarın 8-də gəlir

Bu haqda Lent.az-a kluba yaxın mənbələrdən məlum olub. Latviyalı mütəxəssis “Bakı” rəhbərliyi ilə danışıqlardan sonra yekun razılığa gələcək. Klub rəsmiləri onun Latviya yığmasında da 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək baş məşqçi kimi çalışmasına şərait yaradacaqlar. Amma Starkov “Skonto” komandasını yanvarın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək “Birlik Kuboku”na apara bilməyəcək.


Qeyd edək ki, Aleksandr Starkovla 2,5 illik müqavilənin imzalanacağı gözlənilir.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar