Almaniya çempionatında ən yaxşı futbolçu türk oldu
05 yanvar 2011 14:40 (UTC +04:00)

Almaniya çempionatında ən yaxşı futbolçu türk oldu

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Nuri üçün mükafatı daha da önəmli hala gətirən rəqibləri tərəfindən təqdir edilməsi olub.

Çünki “Kicker”in ənənəvi sorğusunda liqada oynayan futbolçular səs verir. Almaniya çempionatında oynayan Dortmund “Borussiya”sı mövsümün ilk yarısını ən yaxın rəqibindən 10 xal öndə lider qismində başa vurub. Komandanın bu uğurunda ən önəmli payın Şahinə məxsus olduğu bildirilir. Gənc futbolçu 17 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Nurinin uğuru məşhur “Kicker” dərgisinin ənənəvi sorğusunda da əksini tapıb. Bundesliqada oynayan 286 futbolçunun səsləri ilə ilk yarının ən yaxşıları müəyyənləşib. Şahin səslərin 1/3-ini alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar