“Qalatasaray” ilk transferlərini reallaşdırdı
05 yanvar 2011 10:48 (UTC +04:00)

“Qalatasaray” ilk transferlərini reallaşdırdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “sarı-qırmızılar” Türkiyənin əsas millisinin üzvü Kazım Kazım və 17 yaşlılardan ibarət yığmada çıxış edən Bərk İsmail Ünsalı heyətinə qatıb.

Hücumçu Ünsalla 2,5 illik, yarımmüdafiəçisi Kazımla isə 3,5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Kazım Kazım 26 avqust 1986-cı ildə İngiltərədə doğulub. Atası ingiltərəli, anası isə Şimali Kiprdəndir. Onun sonuncu klubu “Fənərbağça” olub. 28 dəfə Türkiyə millisinə dəvət alan Kazım “Qalatasaray”da 80 nömrəli formanı geyinəcək. Bərk İsmayıl Ünsal isə 6 avqust 1994-cü ildə İstanbulda anadan olub. O, “Qaziosmanpaşa” klubunun aşağı yaşlılardan ibarət komandalarında forma geyinib. Ünsal ötən ay ilk dəfə Türkiyənin 17 yaşlılardan ibarət yığmasına dəvət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar