Mahmud Qurbanov: “Onsuz da istirahətdəyəm” - MÜSAHİBƏ
30 dekabr 2010 19:12 (UTC +04:00)

Mahmud Qurbanov: “Onsuz da istirahətdəyəm” - MÜSAHİBƏ

Lent.az onqat ölkə çempionunun Yeni İl arzularını təqdim edir:

- Bizi Yeni İldən bir neçə saat ayırır. Oxuculara ürək sözünüz var?

- Qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hamını təbrik edirəm. Arzu edirəm ki, yeni il xalqımız üçün əlamətdar hadisələrlə yadda qalsın, torpaqlarımız işğaldan azad edilsin, hər ailədə sevinc və gülüş sədaları səslənsin. Ölkəmizin idman şərəfini qoruyan idmançılara uğurlar arzulayıram. İnanıram ki, növbəti ildə yarışlarda bu ilkindən daha çox medal qazanaraq, vətənimizin idman reytinqini qaldıracaqlar. Milli komanda və klubların da qitəmiqyaslı yarışlarda yaxşı nəticələr qazanaraq xalqımızı sevindirməsini gözləyirəm.

- İstirahət necə gedir?

- Bu il az oynadığımdan, çox da yorulmamışam. Son vaxtlar demək olar ki, istirahətdəyəm. Məşqlər zamanı var gücümlə çalışıram. Oynamaq şansım az olduğu üçün bir qədər məyusam, amma ümidlərim var. Qış fasiləsindən yararlanmalıyıq. Yeni ilin komandamız üçün düşərli olacağına inanıram. Hazırda evimdə istirahət edirəm, yeni ili qarşılamağa hazırlaşırıq.

- Yeni ili harada qarşılamaq fikirindəsiniz?

- Dekabrın 31-də Bakıda olacağam və bayramı da evdə ailəmlə birgə keçirəcəm. Hələ məşqlərə başlamasam da, yeni ildən sonra fərdi hazırlığa, futbol oynamağa başlayacağam.

- “Bakı”nın ilk “altılıq” şanslarını barədə nə düşünürsünüz?

- “Bakı”nın ilk “altılıq” şansları yüksəkdir. “Bakı”sız “altılığ”ın marağı qalmaz. İnşallah, bu il də döyüşərək avrokuboklara vəsiqə qazanacağıq.

- Millimizin Dubay toplanışından hansı nəticələri gözləyirsiniz?

- Milli futbolçular nə qədər bir yerdə olsalar, o qədər yaxşıdır. Bu cür toplanışları yığma oyunçuları və milli komandanın yaxşı nəticələr əldə etməsi üçün müsbət dəyərləndirirəm.

- Futbolsevərlərə nə demək istərdiniz?

- Ötən il “Bakı” üçün o qədər də uğurlu keçmədi. Söz verirəm ki, növbəti il azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Bakı” mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq üçün oynayır. Əlimizdən gələni edəcəyik ki, həm rəhbərliyə həm də azarkeşlərə bir daha uğursuzluq yaşatmayaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar