Kaka “Çelsi”yə keçəcək
30 dekabr 2010 16:58 (UTC +04:00)

Kaka “Çelsi”yə keçəcək

Lent.az-ın “As” qəzetinə istinadən verdiyi məlumata görə, bu haqda məşhur transfer analitiki və FİFA agenti Ernesto Brontsetti açıqlama verib.

Əvvəllər Kakanın həmyerlisi Leonardonun baş məşqçi təyin olunduğu İtaliya “İnter”inə keçə biləcəyi iddia edilirdi. Lakin “Real”ın rəsmi saytı bu şayiələri təkzib edib. Brontsetti isə deyib: “90 faiz ehtimalla deyə bilərəm ki, iyunda Kaka “İnter”ə yox, “Çelsi”yə yollanacaq”. O, “sambaçı”nın mümkün satışını “kral klubu”nun prezidenti Florentino Pereslə şəxsən müzakirə etdiyini əlavə edib. Agentin sözlərinə görə, “Çelsi” baş məşqçi postuna Karlo Ançelottinin gətirildiyi andan Kakanın alınmasında maraqlıdır. 28 yaşlı yarımmüdafiəçi 2003 – 2009-cu illərdə “Milan”da Ançelottinin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Kaka “Real”a 2009-cu ilin yayında keçib. Onun transferi “kral klubu”na 63 milyon avroya başa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar