Mourinyo fotoqrafları təhqir edib
30 dekabr 2010 12:42 (UTC +04:00)

Mourinyo fotoqrafları təhqir edib

Lent.az-ın məlumatına görə, ABŞ-ın Nyu-York şəhərindən gələn təyyarə enən kimi trapını fotoqraflar dəstəsi əhatəyə alıb.

Lakin portuqaliyalı mütəxəssis kameralar qarşısında poz vermək əhval-ruhiyyəsində olmayıb. Mourinyo jurnalistlərdən onu sakit buraxmalarını xahiş edib. Lakin KİV nümayəndələri ilə dil tapa bilməyən təcrübəli mütəxəssis fotoqraflarla söz savaşına çıxıb. Mübahisə böyüyüb və təhqir səviyyəsinə çatıb. İnsident hadisə yerinə hava limanının mühafizə xidməti əməkdaşlarının gəlişindən sonra yoluna qoyulub.

Qeyd edək ki, Joze Mourinyo Nyu-Yorka Milad tətilini keçirmək üçün yollanıbmış. O, əlverişsiz hava şəraiti ilə əlaqədar İspaniyaya vaxtında qayıda bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar