Gəncə şəhərindən daha bir ilk
AŞF-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeniyetmələr və təcrübəli şahmatçılar iki komanda olmaqla mübarizə aparıb.
Turnirdə A komandasında beynəlxalq qrossmeysterlər Fərid Abbasov, Rüfət Bağırov, ukraynalı Eldar Gasanov, gürcüstanlı beynəlxalq usta Davit Benidze və artıq beynəlxalq usta normasını yerinə yetirmiş Kənan Heydərli yer alıb. Gənclərdən ibarət komandanın tərkibində isə beynəlxalq ustalar Nicat Abasov, Gəncə şəhərindən Vüqar Rəsulov, Ülvi Bacarani, 16 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionu, Masallı şahmatçısı Şücaət Orucov və Zaur Məmmədov mübarizə aparıblar.
Turnirin yekununda gənclərdən ibarət komandanın iki üzvü beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər. Nicat Abasov və Gəncə şəhərinin ilk beynəlxalq qrossmeysteri olacaq Vüqar Rəsulov bu titula yiyələnmiş kişi şahmatçılarımızın sayını 18-ə çatdıracaqlar. Turnirin ən çox xal toplayan şahmatçısı isə Nicat Abasov olub.
Qeyd edək ki, turnir təcrübəli şahmatçıların gənclər üzərində 25.5 : 24.5 hesablı üstünlüyü ilə başa çatıb.

Oxşar yazılar

ÇL: “İnter” “Barselona”nı məğlub edib finala çıxdı
7 may 2025 , 01:43
Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06
Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion öldü
6 may 2025 , 11:52
"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq
6 may 2025 , 10:14