Azərbaycan yığması Almaniyaya yollanır
29 dekabr 2010 13:25 (UTC +04:00)

Azərbaycan yığması Almaniyaya yollanır

Lent.az-ın məlumatına görə, milli komandamızın baş məşqçisi Rüdiger Hauffe və onun köməkçiləri Samir Məmmədovla Sergey Prodanın rəhbərliyi ilə 13 idmançımız yanvarın 3-də Almaniyanın Braytenburnn şəhərinə qış toplanışına yollanacaq.

Bu qəbildən artıq 3-cü ildir təşkil olunan hazırlıq prosesinə ilk dəfə qadınlar da qatılacaqlar. Bunlar perspektivli Angelina Angeluns və Alyona Kaporeyko, eləcə də daha təcrübəli Viktoriya Çepikova, Natalya Natoka və Natalya Lyalçukdur.

18 yaşadək və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatlarının finalçıları Aleksandr Qlotov, Cavid Əfəndiyev və İqor Xmara, eləcə də beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərməyi bacaran Fuad Mirzəyev, Novruz Əliyev, Bayram Əliyev, Qardaşxan Hüseynli və Kamal Xanlarov isə kişilərdən ibarət komandamızın tərkibində yer alacaqlar.

Qeyd edək ki, yanvarın 22-dək davam edəcək qış toplanışı fiziki hazırlıq xarakteri daşıyacaq. Yüksəklikdə yerləşən Braytenburnnda idmançılarımız dözümlülüklərini artırmaq istiqamətində çalışacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar