Amit Quluzadənin “Fənərbağça”ya mümkün keçidinin təfərrüatları müəyyənləşdi
29 dekabr 2010 11:48 (UTC +04:00)

Amit Quluzadənin “Fənərbağça”ya mümkün keçidinin təfərrüatları müəyyənləşdi

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 18 yaşlı yarımmüdafiəçi AFFA prezidenti Rövnəq Abdullayevlə “Fənərbağça” prezidenti Əziz Yıldırım arasında 2009-cu ildə imzalanmış idman sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində “sarı-lacivərdlilər”in təlim-məşq toplantısına dəvət alıb.

Quluzadə “Fənər”in baş məşqçisi Aykut Kocamanın istəyi ilə komandanın qış hazırlığı müddətində sınaqdan çıxarılacaq. Kocaman razı qalsa, gənc futbolçunun komandada qalmasını istəyəcək.

Qeyd edək ki, “Fənərbağça” Amit Quluzadəni yanvarın 2-dən keçirəcəyi təlim-məşq toplanışında görmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar