“Qarabağ” 28 günə 4 görüş keçirəcək
28 dekabr 2010 18:24 (UTC +04:00)

“Qarabağ” 28 günə 4 görüş keçirəcək

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da hazırlıqlara start verəcək “Qarabağ” 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Baş məşqçi Qurban Qurbanovun komandası yanvarın 22-də ilk yoxlama oyununa çıxacaq. Rəqib isə Qazaxıstan əsas dəstə komandası “Ordabaşı” olacaq. Yanvarın 26-da Ağdam təmsilçisi Ukrayna Premyer Liqa təmsilçisi “İliçivets”lə, bundan 4 gün sonra Ruminiya əsas liqasında 4-cü pillədə qərarlaşmış “Qaz Metan Medias”la qarşılaşacaq. “Qarabağ”ın son görüşü fevralın 3-ü və ya 4-də baş tutacaq. Amma hələ rəqib müəyyənləşməyib.

Fevralın 5-də Bakıya qayıdacaq “Qarabağ” Unibank Premyer Liqasının XX turu çərçivəsində fevralın 13-də “Qəbələ” ilə keçirəcəyi oyuna hazırlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471

Oxşar yazılar