“Arsenal” “Çelsi”ni “yedi”
28 dekabr 2010 10:40 (UTC +04:00)

“Arsenal” “Çelsi”ni “yedi”

“Mançester Yunayted” 17 oyundan 35 xalla lider, “Mançester Siti” 35 xalla 3-cüdür. “Çelsi” isə 18 oyundan 31 xalla 4-cü pillədə qərarlaşıb.

London derbisində hesab ilk yarının sonlarında açılıb. “Arsenal”lı Aleksandr Sonqun zərbəsi dəqiq olub. Fasilədən sonra “zadəganlar” 2 dəqiqə ərzində daha 2 top buraxıblar. Sesk Fabreqas və onun ötürməsindən sonra Teo Uolkott fərqlənib. 57-ci dəqiqədə “Çelsi”nin futbolçusu Bronislav İvanoviç təsəlli qolunu vurub.

Qeyd edək ki, “Arsenal”la “Çelsi” növbəti oyunlarını dekabrın 29-da keçirəcəklər. Həmin gün “Arsenal” səfərdə “Uiqan”la, “Çelsi” isə öz meydançasında “Bolton”la üz-üzə gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar