ŞOK! Ronaldo özünü axtalatdı
28 dekabr 2010 05:07 (UTC +04:00)

ŞOK! Ronaldo özünü axtalatdı

Lent.az-ın “Corriere della Sera”ya istinadən verdiyi məlumata görə, 3 müxtəlif qadından 4 uşaq atası olan 1990-cı illərin ən uğurlu oyunçusu “uşaq fabrikini bağlamaq” qərarına gəlib.

Futbolçunun 10 yaşlı Ronald, 5 yaşlı Aleks, 2 yaşlı Mariya-Sofiya və 9 aylıq Mariya-Alisa adlı övladları var. O, artıq kifayət qədər övladının olduğunu deyərək, özünü axtaladıb.

Ronaldoyadək bu yola Pele də əl atıb. Sonradan futbol kralı bundan təəssüflənib və süni mayalanma yolu ilə 2 əkiz dünyaya gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar