Amit Quluzadə: “Fənərbağça”dakılar uşaq deyillər” – MÜSAHİBƏ
- “Fənərbağça”ya keçidiniz nə dərəcədə realdır?
- Türkiyə klubunun nümayəndələri mənim çıxışlarımı millimizin və ölkə çempionatının oyunlarında izləyiblər. Onlar oyunumu bəyəndiklərindən, “Neftçi”yə müraciət ediblər. Hazırda iki klub arasında danışıqlar gedir. Hələ “Fənərbağça”ya keçidim 100 faiz dəqiq deyil.
- Bəs bunun üçün daha hansı işlər görülməlidir?
- “Fənərbağça”nın təklifi “Neftçi” üçün sərfəli olsa, gedə bilərəm. İstəyirəm ki, klubum da bundan fayda götürsün.
- “Fənərbağça”dan aldığınız təklif nə dərəcədə ürəyinizcədir?
- Əlbəttə, arzuladığım təklif oldu. “Fənərbağça”da oynamağı kim istəməz ki... Çox sevinirəm ki, mənə belə bir klubdan təklif gəlib.
- Türkiyə komandasının düşərgəsinə nə vaxt yollanacaqsınız?
- “Fənərbağça”nın məni düşərgəsinə çağırdığı tarixi bilirəm. Amma deməyəcəyəm. Klubumla danışıqlar müsbət nəticələnəcəyi halda, Türkiyəyə gedəcəyim tarix açıqlanacaq. Hazırda isə “Neftçi rəhbərliyi ilə danışıqlar gedir.
- Hər şey müsbət sonuclansa, qardaş ölkəyə gedişiniz nə vaxt reallaşa bilər?
- Yəqin ki, Yeni ildən sonra gedə biləcəyəm. Amma hər şeyə yaxın günlərdə aydınlıq gələcək.
- Bu yaxınlarda “Neftçi” rəhbərliyi “Qalatasaray”la əməkdaşlıq edəcəyini açıqladı. Amma “Qalatasaray”dan deyil, onun əsas rəqibi “Fənərbağça”dan dəvət almısınız...
- O başqa məsələ idi. Məşqçilərimizdən biri “Qalatasaray”a icazəsiz yollandığı üçün “Neftçi” “sarı-qırmızılar”ın idman direktoru Adnan Sezgini Bakıya dəvət etmişdi. Həmin vaxt əməkdaşlığa dair danışıqlar da aparıldı. Düzdür, anlaşmaya əsasən, “Neftçi”nin bir neçə futbolçusunun “Cim-Bom”un düşərgəsinə göndərilməsi nəzərdə tutulmuşdu. Amma mən “Qalatasaray”dan dəvət almamışam.
- “Fənərbağça”nın əsas heyətinə dəvət almısınız?
- Əsas və ya əvəzedici heyət olduğunu deməyiblər. Yəqin ki, indidən əsas heyətə götürməzlər. Ola bilsin, əsas komanda ilə məşq edib əvəzedici heyətdə oynayacağam.
- “Neftçi”nin demək olar ki, əsas heyət oyunçusu sayılmırsınız. Bu halda daha səviyyəli komanda sayılan “Fənərbağça”ya dəvət almağınızı sürpriz kimi qarşılamaq olar?
- “Neftçi” Azərbaycanın ən böyük komandasıdır. “Fənərbağça” da böyük klubdur. Bu klubda çalışanlar uşaq deyillər. Əgər məni belə bir klubda görmək istəyirlərsə, demək, onlara lazımam. Hələ cəmi 18 yaşım var. Təbii ki, “Fənər” rəhbərliyi məndən dərhal fayda götürmək istəyində deyil. Keçidim alınsa, ən azı bir ildən sonra əsas komandada oynaya bilərəm. Alınmasa, məşqlərimi davam etdirərək, “Neftçi”yə faydalı olmağa çalışacağam.
- Unibank Premyer Liqasında 2010-cu ilin son turlarında meydançada görünməməyiniz nə ilə əlaqədar idi?
- Noyabrın 28-də keçirilmiş “Qarabağ”la oyunun 29-cu dəqiqəsində zədələnmişdim. Ona görə də sonrakı görüşləri buraxmalı oldum. Amma indi vəziyyətim yaxşıdır. Kollektiv məşqlərə hazıram.
Elşən MƏMMƏDOV

796