Matteus dördüncü dəfə boşanır
27 dekabr 2010 16:56 (UTC +04:00)

Matteus dördüncü dəfə boşanır

Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, Mateusun ukraynalı Liliana ilə nikahı tezliklə qüvvədən düşəcək. Almaniyalı mütəxəssis deyib: “Liliana ilə nikahım bir ildən bir az çox davam etdi. Ailə həyatımızı həyata qaytarmağa çalışdıq. Amma alınmadı. Hər şeyin bitdiyini hələ 3 ay öncə anladıq”.


Boşanma məsələsinin müzakirəsi məqsədilə oktyabrın 29-da hüquqşünaslarla xüsusi görüş nəzərdə tutulubmuş. Lakin Liliana gəlmədiyi üçün danışıqlar baş tutmayıb. İndi yeni görüş planlaşdırılır: “Biz birgə yaşamağa davam edə bilmərik. Mən Lilianaya gələcəkdə şəxsi və peşəkar uğurlar arzulayıram”.


Qeyd edək ki, Lotar Matteusun Liliana ilə boşanmaq istəyinə ukraynalı xanımın naməlum gənclə Sardiniyada yaxta gəzintisi vaxtı çəkilmiş şəklinin üzə çıxmasının səbəb olduğu bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar