Dünya çempionatının mükafatçıları Azərbaycan çempionu ola bilmədilər
27 dekabr 2010 15:27 (UTC +04:00)

Dünya çempionatının mükafatçıları Azərbaycan çempionu ola bilmədilər

Lent.az-ın məlumatına görə, gənclər arasında dünya birinciliyinin mükafatçıları – Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev daha təcrübəli rəqiblərinə məğlub olublar.

Uzun illər millimizin lideri olmuş Emil Məhərrəmov Sadiq Eynullayevlə görüşdə 0:9 hesabı ilə geridə olarkən, zədələnib və döyüşü davam etdirə bilməyib.

Final görüşlərinin nəticələri:

49 kq
Elvin Məmişzadə (“Sumqayıt-Sədərək”) - Salman Əlizadə (“Sədərək”) - 7:5

52 kq
İlkin Ağayev (“Rabitə”) - Şaban Şahpələngov (“Qızıl Əlcək”) 5:4

56 kq
Rəhim Nəcəfov (“Rabitə”) - Elnur Əliyev (“Rabitə”) - 5:3

60 kq
Heybətulla Hacəliyev (“Rabitə”) - Elvin İsayev (“Rabitə”) - 2:0

64 kq
Tamerlan Abdullayev (“Rabitə”) - Nurlan Məmmədov (Lənkəran) - 8:3

69 kq
Emil Məhərrəmov (“Rabitə”) – Sadiq Eynullayev (“Rabitə”) - Məhərrəmov zədələndiyindən görüşü davam etdirə bilməyib.

75 kq
Rahib Bəylərov (“G.Əsədov-Rabitə”) - Murad Ağamalıyev (“Rabitə-Təhsil”) – 3:1

81 kq
Vətən Hüseynli (“Rabitə”) - Ramil Əliyev (“Neftçi”) - 7:0

91 kq
Teymur Məmmədov (“Rabitə”) - Sərxan Cabbarov (“Neftçi”) - 7:3

+91 kq
Fərid Paşayev (“Rabitəçi”) - Elçin İsmayılov (“Neftçi” İSM) 9:0

Komanda hesabında “Rabitə İdman Cəmiyyətinin boksçuları birinci olublar. “Neftçi” İSM 2-ci, “Sədərək” klubu isə 3-cü nəticə göstərib. Turnirin ən yaxşı boksçusu üçün ayrılmış mükafat Teymur Məmmədova təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar