Tovuz şəhər stadionunda meydançaların sayı artırılacaq
27 dekabr 2010 15:18 (UTC +04:00)

Tovuz şəhər stadionunda meydançaların sayı artırılacaq

Lent.az-ın məlumatına görə, bu haqda həmin arenada ev oyunlarını keçirən “Turan” futbol klubunun prezidenti Musa Süleymanov açıqlama verib.

O bildirib ki, yaxın vaxtlarda stadion daxilində əvvəlkindən əlavə 3 süni və 1 təbii örtüyə malik yeni meydançalar olacaq. Hazırkı meydançanın ot örtüyünün əlverişsiz vəziyyətə düşməsi haqda digər klubların şikayətlərinə Süleymanov belə reaksiya verib: “Meydançamızın ot örtüyü çoxlu oyun və məşq keçirildiyi üçün o vəziyyətə düşüb. Yeni meydançalar salındıqdan sonra belə problemimiz olmayacaq”.

“Turan”ın yeni baş məşqçisi Naci Şensoy isə əlverişli ot örtüyünə malik meydançada oynamağa önəm verdiyini bildirib. O, meydançanın qazonunu yaxşı səviyyədə saxlamağa çalışacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar