Tovuz – Antalya – Tovuz
27 dekabr 2010 14:33 (UTC +04:00)

Tovuz – Antalya – Tovuz

Lent.az-ın məlumatına görə, bu haqda komandanın yeni baş məşqçisi Naci Şensoy açıqlama verib.

Türkiyəli mütəxəssis bildirib ki, “Turan” 2011-ci il yanvarın 3-də Tovuzda bir araya gələcək. Bir müddət doğma rayonda fiziki hazırlıqlı məşqlər keçdikdən sonra komanda yanvarın 16-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yollanacaq. Yanvarın 30-dək davam edəcək toplanış müddətində bir neçə yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

Daha sonra Vətənə qayıdacaq “Turan” Unibank Premyer Liqasında XX turun start götürəcəyi fevralın 12-dək Tovuzda hazırlığını davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar