“Fənərbağça” “Neftçi”nin futbolçusuna rəsmi dəvət göndərdi
26 dekabr 2010 20:34 (UTC +04:00)

“Fənərbağça” “Neftçi”nin futbolçusuna rəsmi dəvət göndərdi

Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Fənərbaxça”nın baş meneceri Serkan Acardan “Neftçi”nin prezidenti Sadıq Sadıqovun adına məktub daxil olub.

Məktubda “sarı-lacivərdlilər”in yanvarda keçirəcəyi təlim-məşq toplantısına 18 yaşlı yarımmüdafiəçi Quluzadənin də çağırıldığı əksini tapıb. “Neftçi”nin bu dəvətə münasibəti isə məlum deyil.

Qeyd edək ki, Amit Quluzadə “Neftçi”nin uşaq komandalarından yetişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar