“Anamı və qızımı Braziliyadan Azərbaycana gətirəcəyəm”
Lent.az-ın məlumatına görə, bu haqda 29 yaşlı yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlama verib.
O, qış fasiləsində Braziliyaya getməyə lüzum görmədiyini bildirib: “Düzü, bir az yorğunam. Yaxşıca istirahət etmək istəyirəm. Anamı və qızımı Braziliyadan bura gətirəcəyəm. Onlara Azərbaycanı göstərmək istəyirəm. Qış fasiləsində Braziliyaya getməyə lüzum görmürəm. Azərbaycan da mənim üçün doğma yerdir. Burada darıxmıram. Dincəlmək üçün Bakıdan yaxşı yer yoxdur”.
“Bakı” Unibank Premyer Liqasının XIX turunda səfərdə “Qəbələ” üzərində 1:0 hesablı qələbə sayəsində ilk “6-lıq” iddialarını davam etdirib. Ramim qalan 3 turda maksimum xal toplamaq üçün mübarizə aparacaqlarını bildirib: “Çətin səfər oyununda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Biz bu gün çox yaxşı oyun nümayiş etdirdik, vuruşduq. Sona üç tur qalıb. Bu oyunlarda da əsas məqsədimiz maksimum xal toplamaqdır. Fasilədən istifadə edib daha da ciddi hazırlaşmalıyıq. İnanıram ki ilk altılığa düşəcəyik”.

702