Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşdi
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1/4 final mərhələsində elə gözlənilməz nəticə qeydə alınmayıb.
Favoritlər bu dəfə də öz görüşlərini qələbə ilə başa vurublar. 52 kq çəki dərəcəsində gənclər arasında dünya çempionu, Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Salman Əlizadə Kamran Vəlizadəni 10:2 hesabı ilə məğlub edib. Dünya və Avropa çempionatının mükafatçısı, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının iştirakçısı Samir Məmmədov da yarımfinala vəsiqə qazanıb. O, İnşallah Alışovu 5:2 hesabı ilə üstələyib.
Sinqapur olimpiadasının daha bir gümüş mükafatçısı – Elvin İsayev də (60kq) qələbə seriyasını davam etdirir. İsayev Elnur Zeynalov üzərində 11:0 hesablı qələbə qazanıb. Digər favoritlərdən Ruslan Qasımov (60 kq), Heybətulla Hacəliyev (60 kq), Tamerlan Abdullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Kamran Mehdiyev (81 kq), Vətən Hüseynli (81 kq), Elçin Əlizadə (91 kq), Teymur Məmmədov (91 kq), Hafiz İsgəndərov (91 kq) və Fərid Paşayev (+91 kq), eləcə də WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Rəhim Nəcəfov (56 kq) da adını yarımfinalçılar sırasına yazdırıb. Bu dəfə onun rəqibi Biləsuvar təmsilçisi – Yalçın Əzimli rinqə çıxmaqdan imtina edib.
Yarımfinal mərhələsində boks həvəskarlarını maraqlı döyüşlər gözləyir. 60 kq çəki dərəcəsində İmil İksanov Elvin İsayevlə, Ruslan Qasımov isə Heybətulla Hacəliyevlə üz-üzə gələcək. 91 kq çəki dərəcəsində isə Teymur Məmmədovla Hafiz İsgəndərovun görüşü böyük maraqla gözlənilir.
Qeyd edək ki, Azərbaycan çempionatında final görüşləri dekabrın 26-da keçiriləcək. Mükafatçılar milli komandanın heyətinə cəlb olunacaqlar.

616