Kral ailəsindən “Mançester Yunayted” üçün 2 milyard dollar
19 dekabr 2010 12:35 (UTC +04:00)

Kral ailəsindən “Mançester Yunayted” üçün 2 milyard dollar

“Qatar Holdings” investisiya şirkətinə sahib olan Qətər kralının ailəsi İngiltərənin “Mançester Yunayted” futbol klubunun almaq niyyətindədir. Lent.az-ın “TheMirror” qəzetinə istinadən verdiyi məlumata görə, kral ailəsi “qırmızı şeytanlar” üçün 2 milyard dollardan çox təklif etməyə hazırdır.

Bu yaxınlarda Yaxın Şərq ölkəsi 2022-ci il dünya çempionatının təşkilatçılıq hüququna yiyələnib. Hazırda isə Qətər Avropa futbol bazarına təsirini genişləndirməyə çalışır. Ötən həftə İspaniyanın “Barselona” klubu ilə “Qatar Foundation” adlı qeyri-kommersiya təşkilatı ilə müqavilə bağlayıb. Həmin təşkilat kluba 5 il ərzində 166 milyon avro ödəyəcək.

Qeyd edək ki, hazırda “Mançester Yunayted” klubu amerikalı Qleyzer qardaşlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar