Materatsi yeni qalmaqalda
19 dekabr 2010 12:34 (UTC +04:00)

Materatsi yeni qalmaqalda

Lent.az-ın məlumatına görə, təcrübəli müdafiəçi klublararası dünya çempionatının finalında oyuna daxil edilməməsinə etiraz əlaməti kimi mükafatlandırma mərasiminə qatılmayıb.

Materatsi oyun ərzində “İnter”in formasını heç bir italiyalı futbolçunun geyinə bilməməsi ilə barışmayıb. Son dəyişiklikdə belə baş məşqçi Rafael Benitesin ona üstünlük verməməsinə əsəbiləşən 37 yaşlı müdafiəçi matçdan sonra paltardəyişmə otağına yollanıb. Medal və kubokla təltifetmə mərasiminə qatılmayan Materatsiyə mükafatları soyunub-geyinmə otağında kapitan Xavyer Zanetti verib. İtaliya mətbuatı isə futbolçunu yox, Benitesi tənqid edib.

Qeyd edək ki, “İnter” klublararası dünya çempionatının finalında Konqonun “Mazembe” klubunu 3:0 hesabı ilə məğlub edib. Qolları Qoran Pandev (dəq. 13), Samuel Eto O (dəq. 17), Conatan Byabyani (dəq. 85) vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar