“Turan”ın futbolçuları “Simurq”un oyunçularını döyüb
Lent.az-ın məlumatına görə, klubun rəsmi saytında yerləşdirilən müraciətdə Unibank Premyer Liqasının XVIII turu çərçivəsində dekabrın 19-da Tovuzda “Turan”la keçirilmiş qarşılaşmadan sonra baş verən xoşagəlməz hal PFL rəhbərliyinin diqqətinə çatdırılıb.
Zaqatala komandası iddia edir ki, 1:1 hesabı ilə nəticələnən matçın ardından “Simurq”un oyunçuları soyunub-geyinmə otağına yollanıblar. Bundan bir neçə dəqiqə sonra onlar “Turan”ın bir neçə yerli və əcnəbi oyunçuların hücumuna məruz qalıblar. Hadisə nəticəsində “Simurq”un oyunçuları ciddi xəsarətlər alıb, onların səhhətlərinə zərər yetirilib. Münaqişənin səbəbi məlum deyil.
Müraciətdə, həmçinin baş verənlərə hüquqi qiymət verilməsi və “Turan”in futbolçuları haqqında ciddi ölçü götürülməsi xahiş olunub.

446