“Xəzər Lənkəran”ın müdafiəçisi rekorda gedir
“Xəzər Lənkəran”ın futbolçusu Elvin Begiri üçün Unibank Premyer Liqasının XVIII turu uğurlu olub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, albaniyalı legioner MOİK-lə oyunda dubl müəllifi olub.
24 yaşlı müdafiəçi bununla da “Xəzər Lənkəran” formasında vurduğu qolların sayını 5-ə çatdırıb. Begiri “ağ-yaşıllar”ın tarixi ərzində ən azı 5 qol vuran 28-ci oyunçu olub. Ona qədər yalnız 1 müdafiəçi sabiq kapitan Emin Quliyev bunu bacarıb. Quliyev Lənkəran komandasının 12 qoluna imza atıb.
Emin Quliyev dubllarını 2007-ci ildə reallaşdırıb. O, əvvəlcə 2006/2007-ci il mövsümü çərçivəsində aprelin 27-də “Olimpik”lə matçda (3:2) bakılıları məyus edib. Heç 5 ay keçməmiş Quliyev yenə dubla imza atıb. O, 2007/2008-ci il mövsümünün startında – 5-ci turun “Turan”la görüşündə (2:0) fərqlənib. Həm ilk dubl, həm də sentyabrın 16-dakı matç Lənkəranda və çempionat çərçivəsində baş tutub.
Qeyd edək ki, sırf müdafiəçi olan Elvin Begiridən fərqli olaraq, Emin Quliyev bəzən yarımmüdafiəçi qismində də çıxış edib. Amma cari mövsüm məhsuldarlığı ilə seçilən Begirinin Quliyevə çatması mümkün görünür.

Oxşar yazılar

"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq
6 may 2025 , 10:14
PSJ “Real”ın hücumçusu ilə maraqlanır
5 may 2025 , 22:04
"Liverpul"un ulduzu klubdan ayrılacağını AÇIQLADI
5 may 2025 , 19:20Tomas Müller karyerasında 35-ci kubokunu qazandı
5 may 2025 , 18:15
Harri Keyn karyerasının ilk kubokunu 31 yaşında qazandı
5 may 2025 , 16:23
Komandası çempion oldu, baş məşqçi sevinmədi
5 may 2025 , 14:11
Klopp “Real”ın təklifindəm imtinaya görə peşman olub
5 may 2025 , 11:28