Afrikanın ən yaxşı futbolçusunu seçdilər
İtaliyanın “İnter” klubunun kamerunlu futbolçusu Samuel Eto O ötən ilin yekunlarına əsasən, 4-cü dəfə Afrikanın ən yaxşı futbolçusu seçilib. Lent.az-ın məlumatına görə, bu, Misirin paytaxtı Qahirədə keçirilmiş mərasimdə məlum olub.
Qalibi Afrikanın 53 ölkəsinin milli komandasının texniki direktorları və baş məşqçiləri müəyyənləşdiriblər. Eto O-nun rəqibləri İngiltərənin “Çelsi” klubunun və Fildişi sahili yığmasının hücumçusu Didye Droqba, eləcə də “Sanderlend” və Qana millisinin forvardı Asamoa Qyan olub.
Qeyd edək ki, Samuel Eto O 2003, 2004 və 2005-ci illərdə də Afrikanın ən yaxşı futbolçusu olub. O, 2010-cu ildə “İnter”in heyətində İtaliya çempionatı, kuboku və Superkubokunu, Çempionlar Liqası və klublararası dünya çempionatını qazanıb. Sonuncu yarışda Eto O həm də ən yaxşı oyunçu sayılıb.

Oxşar yazılar

“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11