FİFA və UEFA nümayəndələri Bakıda
FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın Milli Assosiasiyaların İnkişafı Departamentinin rəisi Tyerri Favre, qadın futbolunun inkişafı üzrə koordinatoru Emili Şav, stadionlar və infrastruktur üzrə eksperti David Pertriaşvili Azərbaycanda səfərdədir. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər haqda məlumat almaq, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıq işlərinin səviyyəsi ilə tanış olmaqdır.
Dekabrın 21-də AFFA-nın inzibati binasında dünya çempionatının yerli təşkilat komitəsinin üzvləri ilə beynəlxalq futbol qurumlarının nümayəndələri arasında görüş keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə qadın futbolunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Sonra FİFA və UEFA nümayəndələri 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyib. Yeva Paskue və Emili Şav çıxış edərək yığmamıza uğurlar arzulayıblar.

Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22