Azad Rəhimov idmançılarımızın qazandığı medalları hesabladı
21 dekabr 2010 16:31 (UTC +04:00)

Azad Rəhimov idmançılarımızın qazandığı medalları hesabladı

2010-cu il ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda 675 medal qazanıb. Lent.az-ın məlumatına görə, bu haqda Gənclər və İdman naziri Azad Rəhimov bildirib. Keçən il idmançılarımızın 619 medal qazandığını qeyd edən nazir bu il 56 medal artıq əldə olunduğunu vurğuladı: “Bu o deməkdir ki, orta hesabla hər gün iki dəfə Azərbaycan bayrağı beynəlxalq arenada qaldırılıb”.

A.Rəhimov həmçinin qeyd etdi ki, əldə olunan medalların 206-sı olimpiya idman növlərində qazanılıb: “Qarşıdan gələn 2011-ci il Azərbaycan idmançıları üçün lisenziya ili kimi də qeyd olunmalıdır. Ümid edirəm ki, idmançılarımız 2012-ci ildə keçiriləcək London Olimpiya oyunlarına 2008-ci ildə Pekində baş tutan turnirdən daha çox lisenziya qazanacaq”.

Qeyd edək ki, Azərbaycan idmançıları Pekin olimpiadasında 7 medal əldə etmişdi.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar

Futbolçu oyunu udmaq üçün porno modellə "sövdələşdi"

Futbolçu oyunu udmaq üçün porno modellə "sövdələşdi"

11 dekabr 2024 , 13:29
Prezidentin nəvələri Messi ilə görüşdü

Prezidentin nəvələri Messi ilə görüşdü

11 dekabr 2024 , 12:55
Mbappe bu il bütün oyunları buraxacaq   - SƏBƏB

Mbappe bu il bütün oyunları buraxacaq - SƏBƏB

11 dekabr 2024 , 11:58
Messi Bakıda - VİDEO

Messi Bakıda - VİDEO

11 dekabr 2024 , 09:35
"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna  keçdi

"Liverpul"un keçmiş oyunçusu Macarıstan klubuna keçdi

10 dekabr 2024 , 19:07
"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır  - SƏBƏB

"Mançester Yunayted" Reşfordu tezliklə satmağa çalışır - SƏBƏB

10 dekabr 2024 , 17:49
"Bayer" Arda Güləri  almaq istəyir

"Bayer" Arda Güləri almaq istəyir

10 dekabr 2024 , 15:13
Nani futbolla vidalaşdı

Nani futbolla vidalaşdı

10 dekabr 2024 , 11:58