“Xəzər Lənkəran” daha iki futbolçu ilə vidalaşdı
“Xəzər Lənkəran” klubu daha iki futbolçusu ilə yollarını ayırmağı qərara alıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar qapıçı Denis Romanov və müdafiəçi Davit İmedaşvilidir.
Romanov və İmedaşvili ümidləri doğrulda bilmədikləri üçün transferə cıxarılıblar. Klub rəhbərliyi qış transfer dövrünün startınadək bu qərarı açıqlamağı məqsədəuyğun sayıb. Məqsəd isə həmin futbolçuların bu müddətdə özlərinə yeni klub axtarmalarına imkan yaratmaqdan ibarətdir.
Qeyd edək ki, “Xəzər Lənkəran” klubu bundan öncə hücumçu Dieqo Ruiz və yarımmüdafiəçi Kristian Kabralla da vidalaşıb.

518