Cahangir Hacıyev: “Müəyyən söz-söhbətlər çıxarmaq bizdə dəbdir də...” – MÜSAHİBƏ
Bakının “İnter” Peşəkar İdman Klubunun fəxri prezidenti, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin Lent.az-a müsahibəsi
- Öncə “Bakı” – “İnter” matçı haqda fikirlərinizi bilmək istərdik...
- Nə demək olar? Hər iki komanda üçün vacib qarşılaşma idi. “İnter” oynadı da, uddu da. Həm “Bakı”, həm də “İnter”ə uğurlar arzulayıram.
- Ümumiyyətlə, bu mövsüm komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- Bu gün bir söz demək çətindir. Sözsüz ki, hər şeyi “6-lıq” göstərəcək. Kim güclü olacaqsa, o da çempionluğu bayram edəcək.
- “İnter” gələn ay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik Kuboku”nda çıxış edəcək. Komandanızın qarşısına hansı hədəf qoyulub?
- Komandamız “Birlik Kuboku”na ciddi hazırlaşır. Lazımi tədbirlər görülür. Qış “transfer pəncərəsi” dövründə heyəti gücləndirməyə çalışacağıq. Çünki bu yarışa gediriksə, hansısa nailiyyətlər əldə etməliyik. Təbii ki, “İnter”in qarşısına məqsəd qoyulub. Məqsəd “Birlik Kuboku”nu Bakıya gətirməkdir. Hədəf olmasaydı, getməyin də mənası olmazdı.
- “Şəfa” stadionu hələ də FİFA tərəfindən qəbul olunmayıb. Meydançanın ot örtüyünü dəyişməyi planlaşdırırsınız?
- Bəziləri “Şəfa” stadionundan çox yazır. Mən onlarla polemikaya girmək istəmirəm. Amma bilirsiniz, “Şəfa” stadionu çox bərbad halda idi. Onun ot örtüyünün altından nələr çıxmırdı? Digər tərəfdən, onun bünövrəsində ciddi problemlər var idi. Buna görə təmiri də, bərpası da uzun çəkir. Biz nəyə görə süni örtüyə keçdik? Yadınızdadırsa, o vaxtlar Bakıda Tofiq Bəhramov adına Respublika stadionu və “Şəfa” stadionundan başqası yox idi. Süni örtüklü meydançaya keçdikdən sonra orada bütün komandalar oynayırdılar. Ona görə də 12 illik zəmanəti olan süni örtük, təəssüf ki, tez sıradan çıxıb. Təbii ki, tribunalar, oturacaqlar tam dəyişdirildikdən, təmir-bərpa işləri qurtardıqdan sonra meydançanın örtüyünü də dəyişəcəyik.
- Bəs FİFA nümayəndələri meydançanızı nə vaxt yoxlamağa gələcəklər?
- Elə meydançanın örtüyü dəyişdirildikdən sonra.
- Bu mövsüm “Şəfa” stadionunda beynəlxalq oyun keçirmək mümkün olacaq?
- Düşünmürəm. Amma meydançanın örtüyü dəyişdirildikdən sonra bu məsələyə baxılacaq.
- Mətbuatda belə fikirlər səsləndirilir ki, guya “İnter” növbəti mövsümdən Zaqatalanı təmsil edəcək...
- “İnter” Zaqatalanı təmsil etməyəcək. Hesab edirəm ki, Zaqatalanın “Simurq” kimi yaxşı komandası var. Baxmayaraq ki, bu gün autsayderlər sırasındadır. Amma onların qarşısına tam başqa - yerli oyunçulardan yaxşı komanda yaratmaq məqsədi qoyulub. Təbii ki, bu, bir il ərzində olmur. Ən azı 2 il lazımdır.
- Yeri gəlmişkən, zaqatalalı azarkeşlər Sizə “Simurq”a dəstək verməyiniz üçün müraciət etmişdilər. Bu müraciətə reaksiyanız necə oldu?
- Təbii ki, “Simurq”un öz rəhbərliyi var. Amma mənim bildiyimə görə, baş məşqçi Qyoko Haciyevskinin qarşısına tam başqa məqsədlər qoyub. Bu da yerli oyunçulardan güclü komanda yaratmaqdır.
- “Simurq” klubu ilə “İnter”in əlaqələri haqda da fikirlərinizi bilmək istərdik. Çox deyirlər ki, “Simurq” “İnter”lə qardaş klubdur...
- Mən bütün komandalara qardaşam. Fərqi yoxdur. Əvvəllər çox söz-söhbətlər gəzirdi ki, “Simurq” “İnter” üçün yaradılıb. Amma özünüz görürsünüz. Ən azı həm ötən mövsüm, həm də bu mövsüm “Simurq”la “İnter” arasında keçirilmiş oyunları yəqin ki, izləyirsiniz. Görürsünüz ki, amansız mübarizə gedir.
- Bəlkə bu söz-söhbətlər Sizin Zaqatalaya regionca bağlılığınızdan irəli gəlir?
- Mən özüm Bakıda anadan olmuşam. Şəkiyə də bağlıyam, Zaqatalaya da bağlıyam, Naxçıvana da bağlıyam, hər yerə bağlıyam.
- “İnter”də maliyyə problemlərinin yaranması barədə yazılanlar nə dərəcədə həqiqətə uyğundur?
- “İnter”də heç bir maliyyə problemi yoxdur. Bilirsiniz, klubun öz büdcəsi var. Büdcədənkənar müəyyən hallar ortaya çıxanda bir-iki həftə gecikmələr olurdu. Bilirsiniz, bəzi adamlar... Müəyyən söz-söhbətlər çıxarmaq bizdə dəbdir də... Heç bir maliyyə problemləri yoxdur. Stadion da gözünüzün qabağındadır, tikilir. Futbolçular da oynayırlar. Ödəniş olmasaydı, oynayardılar?
Elşən MƏMMƏDOV

1111