Azərbaycan komandası Avropa çempionatında birinci yeri tutdu
Universal döyüş üzrə VI Avropa çempionatında idmançılarımız 6 medal qazanıblar
Qusar Olimpiya İdman Kompleksində keçirilən universal döyüş üzrə VI Avropa çempionatı başa çatıb. Klassik və layt versiya üzrə kişi və qadınlar arasında keçirilən qitə çempionatında 25 ölkənin 121 idmançı arasında Azərbaycan komandası birinci yeri tutub.
Yarışın baş hakimi Fərhad Ocaqverdiyevin Lent.az-a verdiyi məlumata görə, çempionatda ölkəmiz 18 idmançı ilə təmsil olunub. Onlardan 4-ü qızıl, 1-i gümüş, 1-i isə bürünc medal qazanıb. Beləliklə Azərbaycan komandamız ümumi hesabda birinci yeri qazanıb. İkinci yeri Rusiya, üçüncü yeri isə Ukrayna idmançıları qazanıb.
Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatı da ötən ilin sentyabrında Azərbaycanda keçirilmişdi və komandamız ümumi hesabda birinci yeri tutmuşdu.
Vəli Turan

455