Bakıda futbol sensasiyası
18 dekabr 2010 19:48 (UTC +04:00)

Bakıda futbol sensasiyası

Bu gün Unibank Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Müğan” matçında dünya futbolunda görünməmiş hadisə baş verib.

Lent.az-ın verdiyi məlumata görə, matçın baş hakimi Ceyhun Həşimov ilk yarını 45 dəqiqə tamam olmadan, 2 dəqiqə əvvəl yekunlaşdırıb.

Həmin vaxt oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə olub. Fasilədən sonra isə oyunu mərkəzdən deyil, mübahisəli top atışı ilə başlayıb. Ceyhun Həşimovun qərarına əsasən, ikinci hissənin əvvəli ilk yarıdan qalmış 2 dəqiqə əlavə olunmaqla keçirilib.

Qeyd edək ki, oyun İdman Azərbaycan telekanalı ilə canlı yayımlanıb və milyonlarla tamaşaçı bu komik olayın şahidi olub.

Qarabağ bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib.



Elşən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar